Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

QAYDALAR HAMI ÜÇÜN EYNİDİR

Bu bölmədə vətəndaşlar tərəfindən həyata keçirilən ictimai nəzarət çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə 01 may 2020-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş xüsusi sanitar rejimi ərzində aşağıda qeyd olunan sahə və istiqamətlərin fəaliyyətində aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlar qeyd olunan WhatsApp nömrəsi vasitəsi ilə göndərilə bilər:

 

  • qida məhsullarının ticarəti üzrə fəaliyyət;
  • ictimai-iaşə müəssisələrinin fəaliyyəti;
  • turizm və hotelçilik fəaliyyəti;
  • ictimai nəqliyyatın fəaliyyəti;
  • vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;
  • müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

 

Məlumatlar göndərilərkən adları çəkilən fəaliyyət sahələrində qayda pozuntusunu təsdiq edən fotoşəkillərin əlavə olunması zəruridir.

 

İctimai nəzarət karantin rejiminin tətbiq olunduğu dövrdə müvafiq qurumları zamanında məlumatlandıraraq Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədini daşıyır.

 

29.05.2020 - 15:00

QAYNAR XƏTLƏR!