Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Tez-tez verilən suallar

COVID-19 infeksiyasının klinik xüsusiyyətləri sırasında qeyri-spesifik əlamətləri olan yüngül gedişli xəstəlik və kəskin respirator xəstəliyinin simptomları, həmçinin tənəffüs çatışmazlığı və septik şok simptomları olan kəskin pnevmoniya müşahidə edilir. COVID-19 infeksiyası ilə asimptomatik yoluxma halları barədə də məlumat vardır. (Koronavirus infeksiyasına yoluxan xəstələrin menecmenti ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in dərc etdiyi müvəqqəti təlimat və tövsiyələrə baxın).

COVİD-19 infeksiyasına yoluxmuş, virusa aid simptomları olan bir şəxs ilə uzun müddət qorunmasız yaxın təmasa keçən, həmçinin yoluxma bölgələrində yaşayan və ya bu yaxınlarda həmin ərazilərə səyahət edən şəxslərdə koronavirus infeksiyasına yoluxma riski daha yüksəkdir.

 

Hazırda mövcud olan məlumatlar infeksiyanın ciddi klinik fəsadlara səbəb olacaq risk faktorlarını müəyyənləşdirmək üçün kifayət etmir. COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrlə, o cümlədən SARS-CoV və MERS-CoV kimi müvafiq koronovirus infeksiyaları ilə bağlı əldə olunan məhdud məlumatlar onu deməyə əsas verir ki, ahıl yaşlı insanlar və xroniki xəstəliklərdən müalicə alan digər şəxslər bu koronovirus infeksiyasının kəskin fəsadları ilə üzləşmək təhlükəsinə malikdirlər. (Koronavirus infeksiyasına yoluxan xəstələrin menecmenti ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in dərc etdiyi müvəqqəti təlimat və tövsiyələrə baxın)

SARS-CoV-2 və yoluxucu virusun kliniki nümunələrdə aşkarlanması barədə çox məhdud məlumatlar mövcuddur. SARS-CoV-2 RNT-i virusuna yoluxmuş şəxsin yuxarı və aşağı tənəffüs yollarının nümunələrindən aşkar edilib, SARS-CoV-2 virus infeksiyası yuxarı tənəffüs yollarının nümunələrindən və bronxoalveolar lavaj mayesində aşkar edilib. SARS-CoV-2 RNT-i qan və nəcis nümunələrində aşkar edilib, lakin ekstrapulmonar nümunələrdə yoluxucu virusun olub-olmaması hələlik məlum deyil. Yuxarı və aşağı tənəffüs yollarının nümunələrində, həmçinin ekstrapulmonar nümunələrdə SARS-CoV-2 RNT-nin aşkarlama müddəti hələ də məlum deyil, lakin MERS-CoV və ya SARS-CoV virus infeksiyalarında müşahidə olunduğu kimi bir neçə həftə və ya daha uzun müddət ərzində ola bilər. Yoluxucu SARS-CoV virus infeksiyası tənəffüs, qan, sidik və nəcis nümunələrində müşahidə edildiyi halda, yoluxucu MERS-CoV infeksiyası yalnız tənəffüs yollarının nümunələrində müşahidə edilirdi. Bu virusa yoluxmuş şəxsin qusuntuları, sidiyi, ana südü və ya sperması daxil olmaqla, digər qeyri-tənəffüs bədən mayelərinin tərkibində aktiv və yoluxucu SARS-CoV-2 virusunun olması da müəyyən edilməyib.

COVID-19 infeksiyasına qarşı immun sisteminin reaksiyası hələ də tam başa düşülmür. MERS-CoV virus infeksiyasına yoluxmuş şəxslərin sağaldıqdan qısa müddət sonra yenidən yoluxma ehtimalı azdırsa, COVID-19 virusuna yoluxan şəxslərdə immunitetin davamlı saxlanılması barədə hələ də məlumat dəqiqləşməyib.

COVİD-19 infeksiyasının başlaması və yayılması, o cümlədən bu virusa yoluxma müddəti hələ də müəyyən edilməyib. MERS-CoV və SARS-CoV infeksiyalarında olduğu kimi SARS-CoV-2 infeksiyasının RNT virusunun aşkarlanması heç də həmin şəxsdə yoluxucu virusun olması demək deyil. Asimptomatik infeksiya ilə SARS-CoV-2 virusa yoluxma halı təsdiqlənsə də, asimptomatik infeksiyanın virusun ötürülməsində hansı rol oynadığı hələ də məlum deyil. Eynilə, simptomların başlanmasından əvvəl (presimptomatik) yoluxmanın (xəstəliyin başlamasından əvvəl inkubasiya dövründə infeksiyanın aşkarlanması) virusun ötürülməsində oynadığı rol da məlum deyil. SARS-CoV-2 və digər koronovirus infeksiyaları (məsələn, MERS-CoV, SARS-CoV) ilə bağlı mövcud olan tibbi məlumatlara görə inkubasiya dövrünün 2-14 gün arasında dəyişir.

Bu virusun ötürülmə dinamikası hələ də tam müəyyən edilməsə də, ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) COVID-19 virus infeksiyasına yoluxma riski olan şəxslərin müayinəsi ilə məşğul olan tibb işçilərinə ehtiyatlı davranmağı tövsiyə edir. Həmin şəxsləri müayinə edən və ya artıq COVID-19 virusuna yoluxmuş xəstələrə qulluq göstərən tibb işçiləri, infeksiyanın ötürülməsi üzrə standart ehtiyat tədbirlərindən istifadə etməlidirlər. Tibb müəssisələrinin işçiləri koronavirus (COVID-19) infeksiyasına yoluxmuş və ya bu virusa yoluxmanın yoxlanılması mərhələsində olan şəxslərlə bağlı infeksiyanın qarşısının alınması və nəzarət tövsiyələri ilə tanış olmalıdır.

Xəstələrə normal tibbi yardım və qayğı standartlarına uyğun olaraq almalı olduqları hər hansı bir müdaxiləni həyata keçirmək olar. COVID-19 virusuna yoluxmaqda şübhəli bilinən və ya artıq virusa yoluxmuş şəxslərin təcrid edilmiş bağlı qapalı otaqda yoxlanıldıqdan etibarən onlardan tibbi maska ​​taxmaları tələb edilməlidir. Otağa daxil olan tibb işçiləri "İnfeksiyanın Ötürülməsi Üzrə Standart Ehtiyat Tədbirləri"nə riayət etməlidirlər.

Heç də bütün COVID-19 virus infeksiyasına yoluxan xəstələr əlavə tibbi yardıma ehtiyacları olmur. COVID-19 virus infeksiyasına yoluxma simptomları ilə xəstəxanaya yerləşdirilən xəstələrin klinik idarə edilməsinə əsasən vəziyyəti ağır olan şəxslərə, o cümlədən tənəffüs çatışmazlığı, septik şok və bir çox orqanlarının öz fəaliyyətini dayandırması sindromu olan xəstələrə kompleks tibbi yardımın göstərilməsi daxildir. Digər virus və ya bakterial etiologiyaların aşkarlanması üçün test analizlərinin aparılması və onların müalicəsi də nəzərdə tutula bilər. Kortikosteroidlər virus pnevmoniyası və ya Kəskin Respirator distress sindromu (ARDS) üçün müntəzəm olaraq tövsiyə olunmurlar və onlardan başqa bir səbəb göstərilmədikdə (məsələn, Xroniki obstrüktiv ağciyər xəstəliyi (KOAH), septik şok – Sepsis müalicəsi təlimatlarına uyğun olaraq) istifadə edilməməlidir. Hazırda COVID-19 virus infeksiyasının müalicəsi üçün dünyada istehsal olunmuş heç bir antivirus dərman preparatı mövcud deyil. Bəzi in-vivo və in-vitro tədqiqatlar göstərir ki, müvafiq koronaviruslara qarşı müəyyən dərman preparatları potensial terapevtik təsirə malikdir. Lakin, hazırda COVİD-19 virus infeksiyasına yoluxmuş və ya yoluxmaqda şübhəli bilinən xəstələrin müalicəsi üçün hər hansı bir terapevtik müalicə üsullarına dair yetərli sübutlar əldə edilməyib. Antivirus preparatı olan Remdesivir-in in-vitro tədqiqatlarda COVID-19 virus infeksiyasına qarşı aktivliyə malik olması barədə məlumat vardır. Çində COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün Remdesivir preparatı müvafiq klinik tədqiqat çərçivəsində sınaqdan keçirilib. Çində COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi zamanı Lopinavir-ritonavir terapiyası da tətbiq edilib, ancaq indiyə qədər heç bir tutarlı nəticə əldə edilməyib.

Hazırda COVID-19 virus infeksiyasına yoluxma ehtimalı olan şəxslər üçün Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənmiş təmasdan sonra istifadə olunacaq xüsusi profilaktik tədbirlərə dair təlimatla tanış olun və onlara riayət edin.

COVID-19 virus infeksiyasına yoluxmuş xəstələrin heç də hamısının xəstəxanaya müraciət edərək hospitalizasiyası tələb olunmur. Həmin şəxslər yalnız klinik vəziyyətdən və risk faktorlarından asılı olaraq, stasionar şəraitdə müalicələri tələb olunduqda əlavə tibbi yardım üçün müvafiq təcridetmə tədbirlərinin həyata keçirilməsi ilə xəstəxanaya yerləşdirilməlidir. İlkin olaraq yüngül gedişatlı xəstəliyi olan bəzi şəxslərdə klinik vəziyyət xəstəliyin ikinci həftəsində ağırlaşa bilər. Həmin xəstələrə stasionar və ya ambulator şəraitdə tibbi xidmətin göstərilməsi barədə qərar müvafiq vəziyyətə fərdi yanaşma əsasında qəbul edilməlidir. Bu qərar yalnız klinik göstəricilərdən deyil, həm də xəstənin müayinə olunmaq şəraitindən, ev şəraitində təhlükəsiz təcrid olunma qabiliyyətindən və xəstənin ev şəraitində virusun ötürülmə riski kimi amillərdən asılı olmalıdır. Hər hansı suallar yarandıqda, mütləq Səhiyyə Nazirliyi və TƏBİB-in koronavirus və digər yüksək yoluxuculuğu olan infeksiyaların qarşısının alınması və nəzarəti üzrə təlimat və tövsiyələrinə istinad edin, habelə işlədiyiniz tibb müəssisəsinin daxili təlimatları ilə tanış olun.

COVID-19-a qarşı immun reaksiyanın formalaşması hələ tam başa düşülməyib. MERS-CoV infeksiyası olan xəstələrin sağaldıqdan qısa müddət sonra yenidən yoluxma ehtimalı gözlənilmir, lakin COVID-19 olan xəstələrdə oxşar immunitetin müşahidə ediləcəyi hələ dəqiq məlum deyildir.

Transmissiya dinamikası hələ müəyyənləşdirilməmiş olsa da, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi hazırda COVID-19 səbəbilə tədqiqat altında olan pasiyentlərə ehtiyatla yanaşmağı tövsiyə edir. COVİD19 şübhəsi olan pasiyentləri müayinə edən və ya COVID-19 xəstəliyi təsdiq edilmiş xəstələrə qayğı göstərən tibb işçiləri müvafiq fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər. 

COVİD19 şübhəsi olan pasiyentlərdən orofarinqeal və ya nazofarinqeal yaxmanı götürən tibb işçiləri mütləq şəkildə fərdi qoruyucu vasitələrdən (cərrahi maska və ya əlçatandırsa N95 və ya FFP2 maskası, birdəfəlik xalat, gözlük, əlcəklər) istifadə etməlidir.  

QAYNAR XƏTLƏR!