Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

Özünü necə qorumalı

Hal-hazırda koronavirus xəstəliyinin (COVID-19) qarşısını alacaq peyvənd mövcud deyil. Xəstəliyin qarşısını almağın ən yaxşı yolu bu virusla kontaktda olmamaqdır.

Yaşlılar, ürək, ağciyər, diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanların COVID-19 xəstəliyinin ciddi fəsadlarıyla qarşılaşma riski daha yüksəkdir. Özünüzü qorumaq üçün ata biləcəyiniz əlavə addımlar barədə öz həkiminizlə və ya müvafiq tibb işçiləri ilə məsləhətləşin.

 

Özünüzü qorumaq üçün tədbirlər görün.

 

Əllərinizi tez-tez yuyun

  • Xüsusilə ictimai yerlərdə olduqdan sonra, həmçinin burnunuzu təmizlədikdən, öskürdükdən və asqırdıqdan sonra əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.
  • Sabun və su olmadıqda, tərkibində ən azı 70% spirt olan əl təmizləyici vasitələrdən istifadə edin. Əlinizin hər tərəfini təmizləyici vasitə ilə quruyana qədər sürtün.
  • Yuyulmamış əllərinizi gözlərinizə, burnunuza və ağzınıza vurmayın.

 

Yaxın təmasdan çəkinin

  • Xəstə insanlarla yaxın kontaktdan çəkinin.
  • Yaşadığınız ərazidə COVID-19 yayılırsa insanlarla aranızda məsafə saxlayın. Bu, yüksək yoluxma riski olan şəxslər üçün xüsusilə vacibdir.

 

Başqalarını qorumaq üçün addımlar atın

Özünüzü pis hiss edirsinizsə evdə qalın

 

  • Xəstəsinizsə, tibbi yardım almaq halları istisna olmaqla, evdən çıxmayın. Xəstə olduğunuz halda nələr etməli olduğunuzu öyrənin.
  • Öskürərkən və asqırarkən ağzınızı və burnunuzu birdəfəlik salfetlə yaxud dirsək büküşü ilə bağlayın.
  • İşlənmiş birdəfəlik salfetləri zibil qutusuna atın.
  • Əllərinizi dərhal ən az 20 saniyə sabun və su ilə yuyun. Sabun və su olmadıqda, tərkibində ən azı 70% spirt olan əl təmizləyici vasitələrdən istifadə edərək əllərinizi təmizləyin.

 

Xəstəsinizsə, tibbi maska geyinin

  • Xəstəsinizsə: Ətrafınızda başqa insanlar olduqda (otaqda, nəqliyyatda və s.) yaxud klinikaya daxil olarkən tibbi maska geyinməlisiniz. Əgər maska geyinə bilmirsinizsə (tənəffüs çətinliyi) hər dəfə öskürərkən və asqırarkən mütləq ağzınızı və burnunuzu bağlamalısınız. Eyni zamanda, qayğınıza qalan şəxslər sizin otağınıza daxil olarkən tibbi maska geyinməlidirlər.
  • Əgər xəstə deyilsinizsə: Maska geyinə bilməyən xəstə şəxsin qayğısına qalmırsınızsa, maska geyinməyinizə ehtiyac yoxdur. Çoxsaylı yoluxmalar zamanı müvəqqəti maska qıtlığı yaşana bilər. Nəzərə alın ki, maskalar xəstəyə baxanlar və xəstələr üçün daha vacibdir.

 

Təmizləyin və dezinfeksiya edin

  • Gündəlik olaraq tez-tez toxunulan əşya və səthləri təmizləyin və dezinfeksiya edin. Bura masalar, qapı və digər tutacaqlar, açarlar, telefonlar, kompüter klaviaturası, güzgü önündə olan masalar, su kranları, mətbəx və hamam çanaqları və s. aiddir.Səthlər çirklidirsə təmizləyin: Dezinfeksiya etməzdən əvvəl yuyucu vasitələrdən, sabundan və sudan istifadə edin.

  • Dezinfeksiya etmək üçün qeydə alınmış bir çox məişət dezinfeksiyaedicilərindən  istifadə oluna bilər. Hər səth üçün uyğun olan dezinfeksiyaedicilərdən istifadə ediAğardıcı məhlulu hazırlamaq üçün məişət ağardıcısını 4 qaşıq istifadə etməklə 1 litr suda həll edin. 

  • Ağardıcının istifadəsi və düzgün havalandırılması üçün istehsalçının təlimatlarına əməl edin. Məhsulun son istifadə tarixini yoxlayın. 

  •  Məişət ağardıcısını heç vaxt ammonyak, yaxud digər təmizləyicilərlə qarışdırmayın. Düzgün həll etdikdə, istifadə tarixi keçməmiş ağardıcı koronavirus əleyhinə effektiv olacaq.

  • Spirt məhlullarının tərkibində ən azı 70% spirt olmasına diqqət edin.

QAYNAR XƏTLƏR!