Şriftin ölçüsü
Şriftin qalınlığı
Search Icon

“COVID izle” tətbiqini yükləyin

 

“COVİD izlə” - COVİD-ə qalib gəl!

 

Siz də “COVİD izlə” mobil tətbiqinə qoşularaq COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhvənizi verə bilərsiniz.

 

Tətbiqin təsviri

 

“COVİD izlə” - koronavirusun yayılmasını əhəmiyyətli dərəcədə azaltmağa kömək edən mobil tətbiqdir. Bu tətbiq vasitəsilə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Əgər təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda), Səhiyyə Nazirliyi sizinlə əlaqə quracaq ki, dərhal testdən keçə biləsiniz!

 

“COVİD izlə” bluetooth əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçilərini izləyir. Həmin səbəbdən, bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər.

 

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür.

 

Tətbiqə necə qoşulmalı?

 

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

  • İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “covidizle” yazaraq smartfonunuza endirin;
  • Tətbiqi işə salın, cinsiniz, yaşınız və mobil telefon nömrənizi daxil edin;
  • SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;
  • Bluetooth qurğusunu işə salın.

 

Tətbiqdə “Dostlarla bölüş” bölməsi də var ki, onun köməyi ilə siz telefon kitabçanızda adları qeyd olunan istənilən şəxslərlə bu tətbiqi bölüşə bilərsiniz. Onlara bununla bağlı SMS göndəriləcək.

 

Bəs mənim şəxsi məlumatlarım?

 

“COVİD izlə” tətbiqi cinsiniz, yaşınız və mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır. Hətta iki smartfon arasında mübadilə prosesi şifrələnmiş şəkildə ötürülür.

 

“COVİD izlə” tətbiqini telefonuna quraşdırmış şəxslərin izlənilməməsinə, nömrənin serverdə tam təhlükəsiz saxlanmasına və üçüncü şəxslərə ötürülməməsinə tam zəmanət verir.

 

… Və əlbəttə ki, biz bu tətbiqi #evdeqal-araq yaratmışıq. Sizlər də “COVİD-19”a qalib gəlmək istəyirsinizsə, #evdeqal-malısınız.

QAYNAR XƏTLƏR!